support@z-lib.se

DMCA Policy

Z-Library digərlərin əqli mülkiyyətinə hörmətlə yanaşır

Müəllif hüququ ilə qorunan işiniz icazəniz olmadan Z-Library-də paylaşılıbsa, siz bu materialın silinməsi üçün müvafiq sorğunu göndərə bilərsiniz. Silinmə barədə sorğunun yaradılması bir hüquqi prosesdir.

Silinmə sorğusunu təqdim etməzdən əvvəl nəyi bilməlisiniz

Müəlliflik hüququnun istisnaları: ədalətli istifadə, ədalətli sövdələşmə və ya oxşar müəlliflik hüququ istisnasının tətbiq edilib-edilmədiyini müəyyən etməlisiniz. Z-Library sizdən bunu nəzərə amanızı təsdiq etməyinizi xahiş edə bilər. Tərəfinizdən cavab gəlmədiyi halda, silinmə sorğunuzda göstərilən materiallar Z-Library-dən silinməyəcək. Müəlliflik hüququnun istisnası tətbiq edilərsə, göndərdiyiniz silinmə sorğunuz etibarsız sayılacaqdır.

Şəxsi məlumatlar:

  • Məzmunun müəllif hüquqlarının pozulması səbəbindən silindiyi halda, müəllif hüququ olan sahibinin adı məzmunu olan səhifəsində göstəriləcək.
  • Əgər siz bizə şirkətin adı və ya səlahiyyətli nümayəndə kimi etibarlı hüquqi alternativ təqdim etsəniz, biz onu nəzərdən keçirib uyğun olduğu halda tətbiq edəcəyik.
  • Təqdim etdiyiniz müəllif hüququ sahibinin adı sorğunuzun ictimai yazılışının bir hissəsi kimi qeyd olunacaq.
  • Sizin tam hüquqi adınız müəllif hüququ ilə qorunan materialların silinməsi üzrə müvafiq sorğu vermək üçün tələb olunur. Bu məlumat müvafiq materialları yükləyən şəxslə paylaşıla bilər.
  • Silinmə sorğusunda göstərilən əsas e-poçtunuz yükləyən şəxslə paylaşıla bilər.
  • Məhkəmə prosesinin çərçivəsində tələb edilmədiyi təqdirdə ünvantelefon nömrəsi məxfi olaraq qalacaq. Əgər Z-Library hər hansı məlumat təqdim etməli olacaqsa, biz sizi xəbərdar edəcəyik.

Müəllif hüququ ilə qorunan materialların silinməsini necə tələb etmək olar

Müəllif hüququ ilə qorunan materialların silinməsini tələb etməyin ən sürətli və asan yolu bizim veb-formanı doldurmaqdır. Sorğu müəllif hüquqlarının sahibi və ya onun adından çıxan səlahiyyətli agent tərəfindən edilməlidir.

Materialın silinməsini tələb etmək

Silinmə sorğusunu təqdim etdikdən sonra Z-Library onu etibarlı olması və qanun tərəfindən tələb olunan məlumatları ehtiva etdiyinə əmin olmaq üçün nəzərdən keçirəcək. Sorğunuz üzrə tədbir gördüyümüz zaman müvafiq elektron məktubu alacaqsınız.

Sorğunuzda yetərincə məlumat olmadığı halda və ya hərhansı dəqiqləşdirməyə ehtiyacınız olsa, lütfən, sorğunuzu icra edə bilməmiz üçün lazımi məlumatları təqdim etməyə hazır olun. Nəzərə alın ki, biz bu məlumatı alana qədər materiallar Z-Library saytında qala bilər.

Məsələn, sizdən tələb oluna biləcək məlumatlar:

  • Müəllif hüququ ilə qorunan işiniz üçün daha konkret başlığı təqdim etmək
  • Təmsil etdiyiniz müəllif hüququ sahibinin adından hərəkət etmək səlahiyyətinə malik olduğunuzu sübut etmək